AZ

Dekabrın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramova zənq verib.

Həmin gün  iki ölkə prezidentləri arasında baş tutan söhbətin davamı olaraq , nazirlər dekabrın 25-də Aktau yaxınlığında AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı hadisələri müzakirə ediblər.

“Prezidentlərin bu faciəli hadisənin hərtərəfli araşdırılmasının zəruriliyini təsdiq edən nazirlər həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıblar.

Hadisənin bütün səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar halların qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin görülməsi və bütün təfərruatları nəzərə alınmaqla , baş verənləri tamamilə həll edilməsinin zəruriliyi vurğulanıb”, - Rusiya XİN-in bəyanatında deyilir.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi məlumatında deyilir ki,  Ceyhun Bayramov qeyd edib ki, təyyarəyə ilkin baxışın, təyyarə gövdəsində çoxsaylı dəliklərin olmasının, bələdçilərin və sərnişinlərin ifadələrinin təyyarənin fiziki-texniki xarakterli müdaxilə nəticəsində qəzaya uğradığı faktını təsbit etdiyini vurğulayıb. 

“Nazir, ən qısa müddət ərzində, beynəlxalq ekspertlərdən ibarət heyətin də iştirakı ilə qəzanın səbəblərinin araşdırılması istiqamətində aparılan işin yekunlaşdırılması, qəzanın səbəblərinin ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb. 

Bununla yanaşı, başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılmasının və mütəmadi qaydada ictimaiyyətə məlumat verilməsinin əhəmiyyəti qeyd olunub”.

Seçilən
1
turan.az

1Mənbələr