AZ

Medvedyev İlham Əliyevə məktub göndərdi

Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, məktubda qeyd olunur:

“Hörmətli İlham Heydər oğlu.

“AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində Azərbaycan və Rusiya, həmçinin bəzi digər ölkələrin vətəndaşlarının həlak olmaları ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Yaralananların tezliklə sağalmalarını arzu edirəm.

Həlak olanların yaxınlarının dərdinə şərik olduğumu bildirirəm”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Hadisə ilə bağlı Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək, üzr istəyib.


Telegram kanalımız
Seçilən
6
yenisabah.az

1Mənbələr