"Şaxtyor" un yarımmüdafiəçisi Georgi Sudakov 2024-cü ildə Ukrayna Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
"Unikall"xəbər verir ki, məlumatı Ukrayna Futbol Federasiyasının mətbuat xidməti yayıb.
Sudakov artıq ikinci ildir ki, Ukrayna Premyer Liqasının ən yaxşı oyunçusu kimi tanınır. O, sözügedın ölkənin tarixində iki il ardıcıl olaraq liqanın ən yaxşı oyunçusu olmağı bacaran altıncı futbolçudur. Bundan əvvəl Sergey Rebrov, Valentin Belkeviç, Sergey Nazarenko, Marlos və Artyom Dovbik bunu bacarmışdı.
Bu ilin fevralında “Şaxtyor” Sudakovla müqavilənin müddətini rəsmən uzadıb. Yeni müqavilənin müddəti 31 dekabr 2028-ci ilə qədərdir. Futbolçunun müqaviləsidəki sərbəstqalma məbləği 150 milyon avrodur
Ümumilikdə, Sudakov bu mövsüm "Şaxtyor"un heyətində bütün turnirlərdə 23 oyun keçirib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.