"Qalatasaray" klubunun Avropa turnirlərində iştirak üçün SOCAR-dan əldə etdiyi gəlir məlum olub.
"Operativ Media"nın məlumatına görə, klubun avrokubok oyunlarında rəsmi titul və forma sponsoru olan SOCAR "sarı-qırmızı" komandaya 15 milyon avro ödəyir.
Bu haqda klub KAP-a (İctimaiyyəti Məlumatlandırma Platforması) təqdim etdiyi hesabatda açıqlama verib.
Bildirək ki, SOCAR 2023-cü ilin iyulundan etibarən "Cim-Bom"un sponsorudur. Tərəflər arasındakı müqavilə 2025-26 mövsümünün sonunda başa çatacaq.