AZ

Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin, eləcə də 21 sərnişinin nəşlərinin olduğu təyyarə Bakıya yola düşüb

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəliBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktauşəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipajüzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarəbələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri olan təyyarəBakıya yola düşüb.

Trend xəbərverir ki, təyyarə təxminən 50 dəqiqə sonra Bakının Heydər ƏliyevBeynəlxalq Aeroportuna eniş edəcək.

Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi vəyaralanan 14 nəfər Bakıya gətirilib.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Seçilən
11
38
az.trend.az

3Mənbələr