AZ

Qazaxıstan vətəndaşları təyyarə qəzasının qurbanları üçün 800 litrdən çox qan verib

Qazaxıstanın 1,5-dən çox sakini Aktauda qəzaya uğrayan təyyarənin qurbanları üçün 800 litrdən çox qan verərək donor olublar.

Editor.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti yazır. İdarədən bildirilib ki, təyyarənin düşməsindən sonra 10 dəqiqə ərzində 22 təcili tibbi yardım briqadası və fəlakət tibb mərkəzinin 6 komandası artıq faciə yerində olub. Nazirlik vurğulayıb ki, zərərçəkənlərin Aktau xəstəxanalarına vaxtında yerləşdirilməsi, ixtisaslı tibbi müayinə və ilk saatlarda göstərilən yardım 29 nəfərin həyatını xilas edib.

Qeyd olunur ki, Qazaxıstanın müxtəlif şəhərlərindən 1,5 min nəfər 800 litr qan verib. Belə ki, Aktaunun özündə 490, Astanada isə 600 vətəndaş donor olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr