Özbəkistanın xarici dövlət borcu açıqlanıb.
Yenicag.az bu barədə Özbəkistan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, Özbəkistanın dövlət borcunun ümumi həcmi 60,2 milyard dollar təşkil edib. Bunun 32,5 milyard dollarını dövlət xarici borcu, 27,7 milyard dollarını isə korporativ borc təşkil edir.
Qeyd olunub ki, ilin əvvəlindən xarici borcun həcmi 7,2 milyard dollar artıb.