AZ

Ayı evə girib və stolun altında yatdı

Yaponiyada bir kişi evdə stolun altında yuxuya gedən ayı tapıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sora News 24 yazıb.

Hadisə dekabrın 23-də Fukusima prefekturasının Kitakata şəhərində baş verib. 60 yaşlı kişi evdən çıxıb və axşam qayıdanda qonaq otağında qızdırılan stolun altından ayı çıxdığını görüb.
Ayını aşkar edən ev sahibi polisə müraciət edib. 
Hadisə yerinə gələn ovçular və polis hadisə barədə bütün qonşuları xəbərdar edib və onlardan bir müddət evlərini tərk etmələrini istəyib. Səhəri gün onlar fişənglərdən istifadə edərək ayını evdən qovublar.
Yırtıcı çölə qaçaraq yaxınlıqdakı tövlədə gizlənib. Ovçular heyvanı içərisində yuxu dərmanı olan oxla vurub, sonra isə dağlara aparıblar.

Seçilən
2
ucnoqta.az

1Mənbələr