AZ

Dünya aviaşirkətləri Rusiyaya uçmaqdan imtina edir

Türkmənistan Hava Yolları Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reysləri ləğv etdiyini açıqlayıb. Bu barədə daşıyıcının saytında bildirilir.

Dekabrın 30-dan yanvarın 31-dək uçuşlar təxirə salınıb. Bu qərarın səbəbləri açıqlanmır. Aviaşirkət həftədə iki dəfə Moskvaya uçuşlar həyata keçirirdi.

Beləliklə, Azərbaycan Hava Yollarına məxsus Bakıdan Qroznıya uçan təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğramasından sonra dünya aviaşirkətləri Rusiya şəhərlərinə uçuşları dayandırmağa başlayıb. Azərbaycan Hava Yollarının Rusiyanın on şəhərinə – Qroznı, Mahaçqala, Soçi, Mineralnıye Vodı, Vladiqafqaz, Nijni Novqorod, Samara, Saratov, Ufa və Volqoqrada uçuşları dayandırmasından sonra Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Astana-Yekaterinburq marşrutu üzrə uçuşları dayandırıb. “FlyDubai” aviaşirkəti Dubaydan Soçi və Mineralnıye Vodıya uçuşları ləğv edib. Bundan əvvəl isə İsrailin milli aviadaşıyıcısı El Al da Rusiyaya uçuşları dayandırmışdı.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr