AZ

Husilər ABŞ PUA-sını vurdu

Yəmənin Ənsar Allah hərəkatı (husilər) Əl-Beyda əyaləti üzərində Amerikanın MQ-9 pilotsuz uçuş aparatını (PUA) vurub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hərəkat öz "Teleqram" kanalında məlumat yayıb.

"Yəmən Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsi ABŞ-a məxsus MQ-9 pilotsuz təyyarəsini Əl-Bayda əyaləti üzərində düşmən missiyalarını yerinə yetirərkən vurub", - məlumatda deyilir.

Əlavə olaraq qeyd olunur ki, pilotsuz təyyarə Yəmənin özündə istehsal olunan yer-hava raketi ilə vurulub.


Müəllif: Arzu
Seçilən
15
13
teleqraf.com

10Mənbələr