...Əlavə kilo itirmək cəhdlərində insanlar tez-tez müxtəlif üsullardan istifadə edirlər, lakin həmişə istənilən nəticəni əldə etmirlər. Bu niyə baş verir?
SİA bu sahə üzrə mütəxxəsisə istinadən xəbər verir ki, zəif yuxu birbaşa artıq çəki artımı ilə bağlıdır....Sağlam yatdığımız zaman bədənimiz yağ hüceyrələrindən yağların çıxarılmasına cavabdeh olan böyümə hormonu istehsal edir.
Müvafiq olaraq, biz nə qədər pis yatırıqsa, bədəndə bir o qədər çox piy yığılır və nə qədər çox piy varsa, yuxu apnesi bir o qədər tez-tez baş verir və yuxunun keyfiyyəti bir o qədər pisləşir.
Bunu deyən mütəxxəsisin sözlərinə görə, pis yatan insanlar çox miqdarda yemək yeməsələr belə, arıqlaya bilmirlər.
...Zaman keçdikcə şəkərli diabet inkişaf edə bilər.
...Və mütəxəssis xəbərdarlıq edir ki, yuxu ilə bağlı hər hansı bir problem olarsa, həkimə baş çəkin.
Nazlı Almuradova