AZ

Qarabağa keçəcək şəxslərə şad xəbər - İş məsələsi...

“Şərqi Zəngəzur və Qarabağ iqtisadi regionları köçmüş və ya köç edəcək ailələrdə üç min altı yüz nəfərin peşə hazırlığını təmin etmişik. Bizim hədəfimiz ən az 12 min vətəndaşa məhz Şərqi Zəngəzur və Qarabağda peşə hazırlığı proqramı vasitəsi ilə dəstək olmaqdır”.

Teleqraf.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, hazırda Qarabağda yaşayan əmək qabiliyyətli şəxslərin 86 faizinin məşğulluğu təmin olunub.

“Orada bizim xüsusi bölmələrimiz daim fəaliyyət göstərir. Ora köçən hər bir ailə ilə görüşürük. Onlarla müsahibə edilir, fərdi məşğulluq proqramları tutulur və ona uyğun olaraq müxtəlif işlərə göndəriş alırlar. Hazırda 500-dən çox şəxslə bağlı işimiz davam edir. Onların bəzilərini peşə hazırlığına yönəldirik. Düşünürəm ki, qısa müddət ərzində məşğulluq göstəricimizi 90 faizin üzərinə qaldıracağıq və bu daimi davam edəcək prosesdir”, - nazir vurğulayıb.


Müəllif: Nərmin Muradova
Seçilən
1
teleqraf.com

1Mənbələr