AZ

Məşhur kriptovalyuta şirkətinin qurucusu ABŞ-a ekstradisiya ediləcək

Ədliyyə naziri Bozoviç, ötən il "saxta sənəd saxlamaq" ittihamı ilə dörd aylıq həbs cəzası alan və hazırda miqrant nəzarət mərkəzində saxlanılan Do Kvonnun (Do Kwon) vəziyyəti ilə bağlı açıqlama verib.  

Valyuta.Az "Bloomberg"ə istinadla xəbər verir ki, Bozoviç, Do Kvonnun ABŞ-a ekstradisiya olunacağına qərar verildiyini bildirib, lakin ekstradisiya vaxtı barədə şərh verməyib.  

Eyni zamanda, Do Kvonnun vəkilləri Qoran Rodiç (Goran Rodic) və Mariya Raduloviç (Marija Radulovic), ekstradisiya xəbərini milli mətbuat vasitəsilə öyrəndiklərini bildirərək, qərarın ilk növbədə müvəkkillərinə və onlara çatdırılmalı olduğunu qeyd ediblər.  

Vəkillər, qərarın onlara təqdim olunması üçün Ədliyyə Nazirliyinə müraciət etdiklərini, lakin müraciətin nazir Bozoviç tərəfindən rədd edildiyini iddia ediblər.  

ABŞ və Cənubi Koreya tərəfindən ekstradisiyası tələb olunan Do Kvonnun işi Monteneqronun Ali və Apellyasiya məhkəmələrində bir neçə dəfə müzakirə olunmuş, ekstradisiya tələbləri ilə bağlı qərarlar məhkəmələr tərəfindən ləğv edilmişdi.  

Ədliyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, Do Kvonnun iki ölkədən birinə ekstradisiya edilməsi üçün şərtlərin uyğun olduğu və yekun qərarın nazir Bozoviçə aid olduğu bildirilib.  

Beynəlxalq axtarış

ABŞ, "Terra Luna" və "TerraUSD" kriptovalyuta vahidlərinin yaradıcısı Do Kvonn və "Terraform Labs" şirkətini "milyardlarla dollarlıq kriptovarlıq fırıldağını planlaşdırmaqda" ittiham edirdi.  

Beynəlxalq axtarışda olan 31 yaşlı Do Kvonn, ötən il Monteneqroda həbs olunmuş və 2023-cü ilin iyununda "saxta sənəd saxlamaq" ittihamı ilə dörd aylıq həbs cəzasına məhkum edilmişdi.  

Bununla yanaşı, "Terraform Labs" şirkəti də bu ilin yanvar ayında ABŞ-da iflas müraciəti etmişdi.  

Do Kvonn, vətəni Cənubi Koreyada da dələduzluq və kapital bazarına dair qanunları pozmaqda ittiham olunur.  

Rəhim

Seçilən
4
valyuta.az

1Mənbələr