AZ

Narinin işində qərar: atası, qardaşı və əmisinə ömürlük HƏBS

Türkiyədə 8 yaşlı Narin Güranın ölümü ilə bağlı məhkəmə qərarını açıqlanıb.

Modern.az bu barədə TRT kanalına istinadən xəbər verir.

Narinin cəsədini dərəyə apardığını etiraf edən Nevzat Bəxtiyar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Azyaşlının anası Yüksel Güran, qardaşı Enes Güran və əmisi Səlim Güran isə ömürlük həbs olunublar.

Ömürlük həbs olunanlar Narini öldürməkdə təqsirləndiriliblər. Onlar məhkəmə qərarı ilə razılaşmayaraq etiraz ediblər. 

Qeyd edək ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra tapılıb. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb. Həmçinin cəsədin həddindən artıq deformasiyaya uğradığı bildirilib.

Seçilən
13
2
modern.az

3Mənbələr