AZ

“Yurdum”da kulinariya vörkşopu keçirildi

Humayun QHT tərəfindən həyata keçirilən “Yurdum” sosial eko-kənd layihəsi xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə adaptasiyasına dəstək göstərir. 3 oktyabr tarixində mərkəzdə kulinariya bacarıqlarını inkişaf etdirmək məqsədilə vörkşop təşkil olunub. İştirakçılar sosial işçilərin dəstəyiylə əylənərək və öyrənərək özlərini mətbəxdə sınadılar. Vörkşop onların özünə inamında və yeni praktiki bacarıqların qazanılmasında müsbət təsir göstərdi.

“Yurdum”un əsas hədəfi əlilliyi olan şəxslərin öz bacarıqlarından istifadə edərək özlərini cəmiyyətin bir üzvü kimi hiss etməyini təmin etməkdir. Fiziki sağlamlıqla yanaşı ruhi sağlamlığın da vacibliyini vurğulayan layihə rəhbəri Firəngiz Hüseynova inklüziv icmada hər kəsin özünəməxsus bir fəaliyyət və məşğuliyyət tapa biləcəyini bildirdi.

Seçilən
20
1
turkustan.az

2Mənbələr