AZ

"Moldova martın sonuna qədər qazla təmin olunub" - Moldovaqaz

"Moldova 2025-ci ilin mart ayının sonuna qədər qazla təmin olunub".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Moldovaqaz"-ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Vadim Çeban öz "Telegram" kanalında məlumat yayıb.

“Moldovaqaz 2025-ci ilin mart ayının sonuna qədər sağ sahildə bütün istehlakı tam ödəyəcək lazımi həcmdə qaz müqaviləsi imzalayıb”, - Çeban deyib.

Çeban həmçinin qeyd edib ki, Rusiyadan sutkada 5,7 milyon kubmetr həcmində idxal olunan qaz tanınmamış Dnestryanı Moldova Respublikasına (PMR) yönləndirilib.


Müəllif: Arzu
Seçilən
13
teleqraf.com

1Mənbələr