AZ

Baxmutda yaralanan gürcü döyüşçü dəfn edilib

2023-cü il mayın 10-da Ukraynanın Baxmut istiqamətində gedən döyüşlər zamanı havadan bombardman zamanı yaralanan 25 yaşlı gürcü döyüşçü Spartak Lekiaşvili Kvareli bələdiyyəsinin Şilda kəndində  dəfn edilib.

Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" məlumat yayıb.

O, noyabrın 26-da Fransada klinikalardan birində dünyasını dəyişib.

Gürcü döyüşçü ilk olaraq Rivne şəhərindəki Ukrayna klinikalarından birində olub, üç ay ərzində komadan çıxmayıb. "Sova" xəbər verir ki, Lekiaşvilinin əzaları iflic olub. Ayağı amputasiya olunmaması üçün onu Avropa klinikasına aparmaq lazım gəlib.

24 yaşlı döyüşçü görmə qabiliyyətini də itirib.

2023-cü ilin oktyabrında onun səhhətinin pisləşdiyi bildirilir.

Lekiaşvili Ukraynada, daha sonra Gürcüstan və Fransada müalicə alıb.

QAZİLER.AZ

Seçilən
12
qaziler.az

1Mənbələr