Türkiyənin müxalifətçi Xalqların Demokratik Partiyası (HDP) deputatları terrorçu PKK lideri, ömürlük həbsdə olan Abdulla Öcalanla görüşüb.
Azpost bildirir ki, Öcalan ömürlük həbs cəzasını İmralı adasındakı həbsxanada çəkir.
Görüş Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənib və Milliyyətçi Hərkat Partiyasının sədrinin bəyaantından sonra başlayan prosesdə Türkiyə hakimiyyətinin ilk konkret addımıdır.
MHP lideri Dövlət Baxçalı oktyabrın 22-də parlamentdə Öcalandan təcridin aradan qaldırılması çağırışı edib.