Bakı, 28 dekabr, AZƏRTAC
“Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının nəşi Aktaudan Bakıya gətirilib.
AZƏRTAC xəbər verir ki, gətirilən 24 cənazədən 3-ü ekipaj üzvlərinə, 21-i isə sərnişinlərə aiddir.
Xatırladaq ki, həlak olanlardan 4-nün nəşi, həmçinin 14 yaralı dekabrın 26-da ölkəyə gətirilmişdi.