AZ

İndi ona “qaş ayrı, kaman ayrı” deyirlər..?

...Bu arada Novqorod vilayətinin 18 yaşlı sakini Eqor Lipski hərbi xidmətə çağırış vərəqəsi alıb.

Bundan əvvəl o, Ukraynada xüsusi hərbi əməliyyat zonasında iştirak edib.

Xüsusi hərbi əməliyyat iştirakçısı qanunvericilikdəki boşluğa görə hərbi xidmətə çağırıla bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, gənc oğlan məktəbi bitirdikdən dərhal sonra xüsusi hərbi əməliyyat zonasına gedib.

...EAN nəşri qeyd edir ki, Lipski könüllü olaraq döyüş bölgəsinə gedib və xidmət zamanı orada üç dəfə yaralanıb. Amma evə qayıdandan sonra hərbi bileti olmadığı üçün döyüş veteranı statusu almaq problemi ilə üzləşib.

...Dövlət Dumasının deputatı Maksim İvanov diqqəti qanunvericilikdə boşluq olduğuna, yəni hərbi əməliyyatlarda iştirakın Rusiya ordusunda xidmətə bərabər olmadığına yönəldib. Buna görə də hüquqi ziddiyyət yaranır ki, bununla əlaqədar Lipski döyüş təcrübəsinə baxmayaraq, hərbi xidmətə çağırıla bilər.

Millət vəkili bildirib ki, bu vəziyyət qeyri-adi olsa da, tamamilə qanunidir.

Əli Babayev

Seçilən
14
sia.az

1Mənbələr