AZ

Təyyarə qəzasında həlak olan şəxslərin cənazələri bu gün ailələrə təhvil veriləcək - Ədalət Həsənov

Bakı. Trend:

Təyyarə qəzasında həlak olan şəxslərin cənazələri bu günailələrə təhvil veriləcək.

Trend xəbər verir ki, bunu bu gün Aktau yaxınlığında qəzadahəlak olan ekipaj üzvlərinin və 21 sərnişinin nəşləri Bakıyagətiriləndən sonra Heydər Əliyev Beynəlxalq Aeroportundajurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-TibbiEkspertiza və Patoloji Anatomiya birliyinin direktoru ƏdalətHəsənov deyib.

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında məlum aviasiya qəzasınəticəsində həlak olmuş soydaşlarımızın nəşi hal-hazırda vətənəgətirildi. Buradan vəfat etmiş şəxslərin nəşi xüsusi ayrılmışavtomobillərlə Birliyin şöbələrinə aparılacaq. Bunun üçün 3 şöbəayrılıb. Şərifzadə küçəsində patoloji anatomiya bürosu, Sabunçurayon şöbəsi bə Nəsimi rayonu şöbəsi. Morqlarda vəfat etmiş şəxslərmüayinə olunacaq, məhkəmə-tibbi ekspertiza aparılacaq, sonraekspertiza rəyi tərtib edilərək Baş Prokurorluğun istintaqidarəsinə təhvil veriləcək. Sonra cənazələr dəfn ediləcəkləriünvanlara aparıb çatdıracaq. Cənazələr bu gün ailələrə təhvilveriləcək", - o bildirib.

Seçilən
10
3
az.trend.az

6Mənbələr