"Barselona"nın prezidenti Joan Laporta Rafael Leaonun meneceri ilə danışıqlar aparır.
İdman.biz xəbər verir ki, o, qarşı tərəflə danışıqların müsbət yekunlaşacağına ümid edir.
Laporta portuqaliyalı vingerin meneceri Jorje Mendeş yaxşı münasibərlərdən istifadə etməyə çalışır. Kataloniyalılar Leaonun "Milan"ın baş məşqçisi Paulo Fonseko ilə münasibətlərinin ürəkaçan olmamasından istifadə etməyə çalışır. Artıq Rafaelin Milan klunu tərk edəcəyi xəbərləri yayılıb.
Qeyd edək ki, cari mövsümdə Leao 22 oyunda meydana çıxıb. O, bu oyunlarda 6 qol və 6 ötürmə ilə yadda qalıb.
İdman.biz