Bakıya gətirilmiş 24 cənazə xüsusi ayrılmış avtomobillərlə Səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bakı şəhərindəki 3 şöbəsinə aparılacaq.
Musavat.com xəbər verir ki, bu barədə birliyin sədri Ədalət Həsənov açıqlamasında deyib. O bildirib ki, cənazələr prokurorluğun müvafiq qərarı ilə ekspertizadan keçiriləcək və daha sonra aidiyyəti üzrə təhvil veriləcək.
"Cənazələr müəyyən edilmiş xüsusi avtomobillərlə bu gün dəfn ediləcəkləri yerlərə aparılacaqlar" , - deyə o bildirib.
Şahanə Rəhimli
Musavat.com