AZ

Təyyarə qəzasında həlak olanların nəşinin müayinəsindən sonra ekspertiza rəyi Baş Prokurorluğun istintaq idarəsinə təhvil veriləcək

Bakı. Trend:

Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsindəhəlak olan vətəndaşlarımızın nəşi müayinə olunacaq.

Trend xəbərverir ki, bunu bu gün Aktau yaxınlığında qəzada həlak olan ekipajüzvlərinin və 21 sərnişinin nəşləri Bakıya gətiriləndən sonraHeydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasındaSəhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiyabirliyinin direktoru Ədalət Həsənov deyib.

"Vəfat etmiş şəxslərin nəşi xüsusi ayrılmış avtomobillərləBirliyin şöbələrinə aparılacaq. Bunun üçün 3 şöbə ayrılıb.Şərifzadə küçəsində Patoloji Anatomiya Bürosu, Sabunçu rayonuşöbəsi və Nəsimi rayonu şöbəsi. Morqlarda vəfat etmiş şəxslərmüayinə olunacaq, məhkəmə-tibbi ekspertiza aparılacaq, sonraekspertiza rəyi tərtib edilərək Baş Prokurorluğun İstintaqİdarəsinə təhvil veriləcək", - o bildirib.

Xatırladaq ki, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətininJ2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190”təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsindəhəlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, AleksandrKalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişininnəşlərini Bakıya gətirilib.

Seçilən
15
4
az.trend.az

6Mənbələr