"Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş soydaşlarımızın növbəti partiyada nəşləri Vətənimizə gətirildi".
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov jurnalistlərə açıqlamasında deyib.
"Cənazələr xüsusi ayrılmış avtomobillərlə birliyin üç şöbəsinə çatdırılacaq. Baş Prokurorluğun İstintaq idarəsinin qərarı əsasında nəşlər üzərində məhkəmə tibbi ekspertiza aparılacaq. Daha sonra ekspert rəyi tərtib edilərək aidiyyatı üzrə Baş Prokrorluğun istintaq idarəsinə təqdim ediləcək. Daha sonra cəsədlər dəfn olunacaqları yerə aparılacaqlar”, - deyə Ədalət Həsənov əlavə edib.