2025-ci ildə britaniyalı mütəxəssislər çöl şəraitində təcili psixoloji yardım göstərmək üçün 180 Ukrayna hərbçisinə təlim keçəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən il Ukrayna ordusunun 100-ə yaxın hərbçisi belə təlimlərdən keçib.
Bu kurs Ukrayna tərəfinin xahişi ilə hazırlanıb. Bu, Ukrayna Silahlı Qüvvələrinə psixoloji travma keçirdiyini bildirən çağırışçıların sayının artması ilə bağlıdır.
Müəllif: Arzu