Səlahiyyət müddəti başa çatan Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, o, Mixail Kavelaşvilinin andiçmə mərasimindən əvvəl prezident sarayında gecələyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Zurabişvili video-müraciətində deyib.
“Sizi Orbeliani sarayından salamlayıram, mən burada olacağam və burada gecələyəcəm, səhər saat 10-da sizi Orbeliani sarayında gözləyirəm və günün necə olacağını buradan deyəcəm”, - deyə o videomüraciətində bildirib.
Bundan əvvəl baş nazir Kobaxidze demişdi ki, səlahiyyət müddəti bitdikdən sonra sarayı tərk etməkdən imtina etmək həbs cəzası tələb edən cinayətdir.
Bu gün Gürcüstan parlamentinin binasında ölkənin altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək.