Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarədə olan sərnişinlərdən biri Astara rayon sakini, 1991-ci il təvəllüdlü Babayev Anar Zöhrab oğlu Astarada dəfn olunacaq.
Yenisabah.az "Unikal"a istinadla xəbər verir ki, mərhumun Astaranın Şiyəkəran kəndində torpağa tapşırılacağı bildirilir.
Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Telegram kanalımız