AZ

Türkiyədə möhtəşəm əməliyyat: idmançının ürəyi kəlbəcərli gəncə köçürüldü - VİDEO

Bir neçə gün əvvəl Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən tanınmış türk boksçu Görkem Kaynarın orqanları bağışlanılıb.

Modern.az xəbər verir ki, idmançının ailəsi onun orqanlarının transplantasiyasına razılıq verib.

İsparta vilayətində baş verən qəza zamanı vəfat edən 24 yaşlı gəncin orqanları 4 nəfərə köçürülüb.

Məlumata görə, boksçunun ürəyi Akdeniz Universitetində cərrahiyyə şöbəsində azərbaycanlı gəncə köçürülüb. 24 yaşlı gənc Kəlbəcərin Başlıbel kəndindəndir.

Əməliyyatın uğurla başa çatdığı bildirilir. Azərbaycanlı gəncin anası Görkem Kaynarın valideynlərinə bir ömür təşəkkür borcunun olduğunu deyib.

Cebhe.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
515
7
cebheinfo.az

10Mənbələr