AZ

“İcarə müqaviləsində hər iki tərəf risklə üzləşir” – Eskpertdən XƏBƏRDARLIQ

Bir-neçə gün öncə Sosial Tədqiqatlar Mərkəzindən verilən məlumata görə, ölkəmizdə beş min nəfərdən çox şəxs bir mənzilin bir neçə nəfərə satılmasının qurbanı olub. Baş Prokurorluğun yaydığı məlumatda da yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin 100-dən artıq vəzifəli şəxsinin eyni mənzilin birdən çox şəxsə satılması, habelə tikinti layihələrinin tamamlanmaması halları ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. 

Lakin dələduzluq halları bununla da bitmir. Belə ki, kirayə əmlak saytlarında saxta elanlar yerləşdirərək uyğun qiymətə evləri icarəyə verən, satışını həyata keçirənlərin sayı da günü-gündən artır. 

Mövzu ilə bağlı tikinti bazarı və əmlak məsələləri üzrə ekspert Elnur Azadov MediaPost-a açıqlamasında bildirib ki, icarə prosesində mütləq vizual kontakt, mülkiyyət sahibinin icarəyə vermək hüququ olmalıdır:

“Mənzilin daxilinə baxmadan, vizual kontakt olmadan, hətta icarə müqaviləsi bağlamadan həyata keçirilən icarə prosesləri bütün hallarda risklidir. Yalnız vizual kontakt, mülkiyyət sahibinin icarəyə vermək hüququ, mülkiyyət sahibinin özü olmalıdır, şəxsiyyət vəsiqəsini, mülkiyyət hüququnu təsdiqləyən sənədi göstərməlidir.

alt

Olmayan halda ən azı etibarnaməsini göstərməlidir. Hətta kirədə qaldığı evi təcili bazar dəyərindən yarı qiymətə satışa çıxarıb kimisə evə dəvət edib və 5000-10000 AZN qədər behini alaraq aradan çıxanlar olub. Bunların hamısının hüquqi normativlər var. Sənədləri yoxlamaq, mənzil yaxud digər əmlak kirayə götürülürsə, mütləq icarə müqaviləsini bağlamaq lazımdır”. 

Ekspert bildirib ki, qanuna görə, şəxs evi kirayəyə götürdüyü yerdə üç aydan artıq qalarsa, mütləq olaraq həmin yerdə qeydiyyata alınmalıdır:

“İcarə müqaviləsində əslində hər iki tərəf - kirayə verən və kirayə götürən risklə üzləşir. Kirayə verən adətən - pulların gecikdirilməsi, evdə nəzərdə tutulan saydan çox adamların qalması, hətta həmin evin digər şəxslərə subarendaya verilməsi, əşyaların korlanması, əşyaların oğurlanması, su basmaları, evdən çıxıb gedərkən həmin şəxslərin çox vaxt kommunal borclarını ödəməməsi, qonşuları narahat etməsi, mənzildən təyinatı üzrə düzgün istifadə etməmək, evin ofisə, istehsalat evinə, anbara çevrilməsi kimi hallar yaşayır. Kirayə götürən isə kirə haqlarının qaldırılması, plansız şəkildə vaxtından tez təzyiq altında evdən çıxarılması, oğurluq hallarının üzərlərinə atılması, əşyaların öz yerində olmaması və s. kimi hallarla üzləşir. İcarə müqaviləsi olmadan qeydiyyata düşmək mümkün deyil”.

 

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
262
mediapost.az

1Mənbələr