Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana işgüzar səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Fidan Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat, enerji məsələlərini, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesində baş verənləri müzakirə edəcək.
Qeyd edilir ki, Hakan Fidan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.
Müəllif: Mənsur Rəğbətoğlu