AZ

100 dollarlıq əskinaz 100 min dollara SATIŞA ÇIXARILDI – VİDEO

İstanbulda bir türk 100 dollarlıq əskinazı 100 min dollara satışa çıxarıb.

Yenicag.az xəbər verir ki, bu barədə maraqlı məlumat Türkiyə mediasında yayılıb. İstanbuldan olan bir türk 100 dollarlıq əskinazı 100 min dollara satışa çıxardığı barədə video paylaşıb.

O, əlimdə plan əskinasın özəlliyi və başqa kimdəsə olmamasından bəhs edib.

Bu əskinasın özəlliyi ondadır ki, bir tərəfdən tam hüquqlu əskinasdır, digər tərəfdən isə bir tərəfi boşdur, heç nə çap olunmayıb.

ABŞ-da əskinasların çapı zamanı çox nadir bir səhv baş verib. Belə çap olunmamış əskinaslar dərhal müsadirə olunur və praktiki olaraq heç vaxt dövriyyəyə buraxılmır. Amma çeşidləmə zamanı xəta baş verib və bu əskinasların bir hissəsi dövriyyəyə daxil olub.

Amma əgər onlar dövriyyədə aşkar edilsə, qanunla həqiqi sayılırlar. Bu adam ABŞ Xəzinədarlığından əskinasın həqiqi və orijinal olduğuna dair təsdiq alıb.

İndi həmin türk əskinası satışa çıxarıb. Xüsusi və nadir olduğuna görə, kolleksiyaçılar və numizmatlar bazarında belə bir əskinasın dəyəri 100.000 dollara çatır.

Xuraman Etibarlı

Seçilən
161
Mənbələr
Şərh ()
Bağla