5 ildən artıq müddətdir davam edən, tullantıların düzgün idarə olunmasına yönəlmiş “Tullantıları ekoçantaya dəyiş” aksiyası artıq ənənə halını alıb və cari ildə də vətəndaşların böyük marağına səbəb olur.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu 604 litr olan plastik, 27 litr olan şüşə tullantı və 32 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər, azyaşlı uşaqlara isə kitablar hədiyyə olunub.
Aksiyasının keçirilməsində əsas məqsəd tullantıların azaldılması, təkrar emalın təşviqi və birdəfəlik polietilen torbalardan imtina edərək alternativlərə keçidi sürətləndirməkdir. Hər kəsi ətraf mühitə töhfə verən belə aksiyalarda aktiv iştiraka dəvət edirik. Ekologiya.az