ABŞ-da 28 yaşlı reqbi oyunçusu və fitnes təlimatçısı, idmançı Santiaqo Bourdieu qayalıqlardan atılaraq dünyasını dəyişib. AzPost ABŞ mediasına istinaddla xəbər verir ki, hadisə ətrafda olanlardan birinin mobil telefonunun kamerasına düşüb. Honolulu Okean Təhlükəsizliyi Departamentinin xilasediciləri hadisədən 15 dəqiqə sonra onu sudan çıxarıblar.
Xəstəxanaya çatdırılsa da idmançının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, adıçəkilən ərazi macəra həvəskarlarının tez-tez istifadə etdiyi yerdir. Belə ki, 15 metr yüksəklikdə olan qayadan suya tullanmaq əyləncə hesab olunur.
Hadisə zamanı idmançı nəmişlik olan yerə ayağını qoyduğu və sürüşmə nəticəsində yıxılıb.
Hadisədən sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və əlavə xəbərdarlıq nişanları qoyulub.
Bildirilir ki, dalğalar bəzən 20 metr yüksəkliyə qədər qalxır və qayaların üzəri su olur. Davamlı olan prosesdən sonra orada mamırlar əmələ gəlir. Təbii ki, bu da ərazini sürüşkən edir.