“Dolu” romanında Dünyanın ən varlı şəhəri kimi Ağdamın bədii obrazını yaradan Aqil Abbas son hekayələrində bu obrazın tamamlanmasına yönələn xırda detalların təsvirini verir. Bu dəfə “Bazar, Ağdam bazarı” hekayəsində o məşhur məkandan danışır. Aqil Abbasın yazıçı kimi bir üstünlüyü də orasındadır ki, az qala otuz il ərzində düşmən əlində viran qoyulmuş, daşı-daş üstündə qalmayan doğma məkanları xatırlayarkən ah-vay eləmir, hüznə qapılmır, bu məkanlardan canlı orqanizm kimi söhbət açır. Hekayəni oxuduqca o məşhur bazar təsəvvüründə uzun illər var olduğu kimi yerli-yerində, bütöv, tam bir məkan kimi canlanır, insanları sappasağ, dipdiri gözlərin önündən gəlib keçir. Və qətiyyən məyus olmursan - keçmişi xəfif təbəssümlə xatırlayır, yenidən qurulan Dünyanın ən varlı şəhərinin sabahına nikbinliklə, böyük ümidlərlə baxırsan.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta