AZ

Ermənistan militarizasiya siyasətini dayandırmalıdır

Bakı. Trend:

Müharibələr və silahlı münaqişələrin tarixi bir qayda olaraqnümayiş etdirir ki, məğlub olan tərəf tərksilah olunur,reparasiyalar ödəyir, sülh müqaviləsinin bağlanması üçün irəlisürülən şərtləri qəbul edir. Bunun əksinə olaraq, İkinci Qarabağmüharibəsindən sonra kapitulyasiya aktına imza atan Ermənistantamamilə başqa davranış sərgiləyir. Sürətlə militarizasiyasiyasətini həyata keçirən mənfur qonşumuzun 2025-ci il üçün nəzərdətutduğu hərbi xərcləri artıq 2 milyard ABŞ dollarına yaxınlaşır, buisə ümumi daxili məhsulun 5 faizini təşkil edir. Ermənistan Fransa,Hindistan və bir sıra başqa ölkələrlə hərbi təchizat sahəsindəgenişmiqyaslı əməkdaşlıq edir. Məsələn, 2024-cü ildə Hindistandansilah alınması üçün Ermənistan 600 milyon dollar xərcləyib.Təcavüzkar dövlətin silahlanmasında Fransanın da xüsusi payı var.Özüyeriyən artilleriya qurğuları, ortamənzilli raketlər, “Mistral”hava hücumundan müdafiə sistemləri və sair silah növləriErmənistana verilir.

Qonşu dövlətlərə qarşı daima ərazi iddiaları irəli sürən, otuzilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayanErmənistanın məkrli niyyətləri sirr deyildir. Heç kəs təminat verəbilməz ki, hər zaman Azərbaycana qarşı aqressiv siyasət aparan vərevanşızmə meylli olan Ermənistan yeni silahlı taxribatlara əlatmayacaq. Bu mənada Azərbaycan öz suverenliyinə və ərazibütövlüyünə hər hənsı bir təhdidə imkan verməyəcək və onu anındadəf etmək gücünə məlikdir.

Müasir şəraitdə Azərbaycanın səyləri nəticəsində Cənubi Qafqazregionunda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejimininbərqərar olunması üçün əlverişli şərait yaranmışdır. Bu günErmənistanı silahlandıran və hərbçilərinə yeni müharibə aparılmasıüçün təlimlər təşkil edən dövlətlər praqmatik mövge nümayişetdirməli və belə təhlükəli davranışdan çəkinməlidirlər.

Ermənistan sözdə özünün güya sülh “tərəfdarı” olmasını bəyanetsə də, reallıqda biz başqa mənzərənin şahidi oluruq. Həqiqətən dəsülhün və sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıolmasını sübut etmək üçün Ermənistan ilk növbədə, onunKonstitusiyasında yer alan ölkəmizə qarşı ərazi iddiasını aradanqaldırmalı və ikincisi, sülh gündəliyinə zidd olan militarizasiyaprosesini dərhal dayandırmalı və əldə etdiyi silahları qeriqaytarmalıdır.

Cənubi Qafqaz regionunda tezliklə sülhün bərqərar olunmasına,kommunkasiya xəttlərin açılmasına, yeni əməkdaşlıq formatınıninkişaf etdirilməsinə başqa alternativ yoxdur.

Nizami Səfərov,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin üzvü

Seçilən
105
3
az.trend.az

4Mənbələr