HƏMAS anklavı idarə etməyə və İsraili təhdid etməyə qadir bir qüvvə olaraq qaldığı müddətcə qəzza zolağında sülh mümkün deyil.
“İki sahil” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında deyib.
"HƏMAS hərbi və ya inzibati güc olaraq mövcudluğunu davam etdirə bilməz. Düzünü desəm, o, idarə edə bilən qüvvə və ya zorakılıq tətbiq etməklə hədələyən qüvvə olaraq qaldığı müddətcə sülh qeyri-mümkün olaraq qalır", - Rubio deyib.
"Onların (HƏMAS hərəkatının – red.) kökü kəsilməlidir", - Rubio əlavə edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”