AZ

Bu dərman vəsitələrini pərakəndə satanlar 7 min manatadək cərimələnəcək

Bakı. Trend:

Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrininpərakəndə satışına görə – inzibati xətanın bilavasitə obyekti olandərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüzmanatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş minmanatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibatiXətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında AzərbaycanRespublikasının Qanununda öz əksini tapıb.

Bu Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngülzərərin vurulmasına görə – inzibati xətanın bilavasitə obyekti olandərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki minmanatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddimin manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.

"Dərman vasitələri haqqında” Azərbaycan RespublikasınınQanununda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinindövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptəyazılmasına görə – vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadəkməbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadəkməbləğdə cərimə edilir.

Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatıqablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərmanvasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinindövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptektəşkilatının Azərbaycan dilində olan istifadə təlimatı ilə təminedilməməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki minmanatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi minmanatadək məbləğdə cərimə edilir.

Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatıqablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərmanvasitəsini müşayiət etmədiyi təqdirdə, istehlakçının tələbiəsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərəkona təqdim edilməməsinə görə – əlli manat məbləğində cəriməedilir.

Seçilən
71
35
az.trend.az

10Mənbələr