Ukrayna hakimiyyətinin indiki siyasəti ucbatından ölkə avtoritarizmə doğru gedir. "Ölkə.az" xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.
O deyib ki, ölkədə demək olar ki, müstəqil qurum qalmayıb.
"Hazırda yalnız bir müstəqil qurum qalıb, yerli administrasiyalar, lakin ona da böyük təzyiq var " - Kliçko Almaniya mətbuatına bildirib.
Kiyevin meri əlavə edib ki, məhkəmənin qərarı ilə iri şəhərlərin rəhbərləri tutduqları vəzifələrdən kənarlaşdırılır, çünki prezident aparatı onların bəzilərini hakimiyyətin mərkəzləşdirilməsinə maneə hesab edir.
Vitali Kliçkonun sözlərinə görə, merlər ictimai rəyin liderləri rolunu öz üzərinə götürüblər. Onun sözlərinə görə, bu addımlar Ukraynanı hər şeyin bir nəfərdən asılı olduğu avtoritarizmə doğru aparır.
Noyabrın 30-da Ukrayna Ali Radası hərbi əməliyyatlar dövründə Ukrayna ərazisində prezident və parlament seçkilərinin keçirilməyəcəyi barədə sənəd imzalayıb. Onlar hərbi vəziyyətin ləğvindən ən azı altı ay sonra keçiriləcək.
Elvin
Ölkə.az