AZ

Mourinyo “Sassuolo” ilə oyun haqda: “Meydanda ən yaxşı idik”

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasının 14-cü turunda “Sassuolo” üzərində qələbəsini (2:1) şərh edib.

Arena.az “Roma”nın rəsmi saytına istinadən, portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Onlar mənə etibar etdilər. Bu gün çox vacib, gərgin mübarizə və layiqli qələbə idi. Çünki biz 0:1 hesabı ilə uduzduğumuz vaxtda belə, mənim komandam yenə də meydanın ən yaxşısı idi. Buna görə də oyunçularım və bütün azarkeşlərimiz üçün çox şadam.
“Sassuolo”nun azarkeşləri və heyətində müəyyən qıcıq yaradan vəziyyətə gəlincə, çıxmış topu qaytarmadığımız zaman həmkarıma yaxınlaşıb dedim ki, ədalətli oynamaq üçün əvvəlcə, onu geri qaytarmaq lazım idi. “Sassuolo”nun bir oyunçusu var ki, onun bu keyfiyyəti yoxdur”, deyə Mourinyo bildirib.

14 turdan sonra “Roma” 24 xalla A Seriyasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Çempionata 35 xalla “İnter” başçılıq edir.

Seçilən
89
30
arena.az

10Mənbələr