AZ

Kluyvert istefaya göndərildi, Şahruddin baş məşqçisiz qaldı

Türkiyə Super Liqasında mübarizə aparan “Adana Dəmirspor” komandasının baş məşqçisi Patrik Kluyvert postundan kənarlaşdırılıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

47 yaşlı mütəxəssis ötən gün “Samsunspor”la doğma meydanda baş tutan oyundakı 2:3 hesablı məğlubiyyətdən sonra komandadan ayrılıb. Niderland millisinin sabiq hücumçusuna təzminat ödənilib-ödənilməyəcəyi məlum deyil.

Xatırladaq ki, holland məşqçi bu mövsümün əvvəlində Vinçentso Montellanın yerinə gətirilmişdi. Həmin vaxt tərəflər 2 illik müqaviləyə imza atmışdılar. O, “mavi-lacivərdlilər”lə çıxdığı 20 matçda, 8 qalibiyyət, 6 bərabərlik və 6 məğlubiyyət aldı.

Xatırladaq ki, Patrik Kluyvert daha öncə yalnız “Tvente”nin gənclərdən ibarət komandasında və Kurasao yığmasında baş məşqçi kimi çalışmışdı. O, daha çox müxtəlif yığma və klublarda köməkçi məşqçi kimi fəaliyyət göstərmişdi. Bu baxımdan “Adana Dəmirspor” onun üçün ilk ciddi sınaq hesab olunurdu.

“Adana Dəmirspor” bu mövsüm Super Liqada 14 oyuna 6 qələbə qazanıb, 5 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Komanda 23 xalla 5-ci pillədə qərarlaşıb. Adana təmsilçisi son 4 oyunda qələbəyə həsrət qalıb (3 heç-heçə, 1 məğlubiyyət).

Onu da xatırladaq ki, “Adana Dəmirspor”da Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev də forma geyinir. O da bu mövsümün əvvəlindən bu komandanın sıralarındadır. “Samsunspor”la oyunda da Adana təmsilçisinin qapıısını məhz Məhəmmədəliyev qoruyub və 3 qol buraxıb. Bu, onun Super Liqa təmsilçisindəki ikinci oyunu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
arena.az

1Mənbələr