AZ

Nazilə İsmayılova Dohada qüvvəsini sınadı

Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 2-ci qran-prisində qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən turnirə bu gün start verilib.

Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir. Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də mübarizə aparırlar. Bu gün onlardan ilk olaraq Nazilə İsmayılova mübarizəyə qoşulub. O, 49 kq çəki dərəcəsində, C qrupunda çıxış edib.

İdmançımız toplam 143 (65+78) kq nəticə göstərib. İsmayılovanın yekun sıralamadakı yeri B və A qruplarında çıxışlar bitəndən sonra bilinəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
4
arena.az

2Mənbələr