AZ

Bakambunun “Qalatasaray”dan ayrılması planlaşdırılmır

“Qalatasaray”a gələndən heyətə düşməkdə çətinlik çəkən Sedrik Bakambunun son oyunlardakı performansı onunla bağlı fikirləri dəyişdirib.

Arena.az məlumat verir ki, Yunanıstanın “Olimpiakos” komandasında ötən mövsümü bombardir kimi başa vurmuş Bakambu mövsümün əvvəlində transfer olunduğu “Qalatasaray”da ümidləri doğrulda bilmir.

Bu üzdən onun qış transfer pəncərəsində komandadan ayrılması ehtimal olunurdu. Lakin texniki heyətlə görüşən futbolçu onların tam dəstəyini alıb. Məşqçilər konqolu ulduza komandadan göndəriləcəyi barədə yayılmış xəbərlərə inanmamağı və oynamaq növbəsinin ona da çatacağını bildiriblər.

Artıq futbolçunun son oyunlardakı çıxışı texniki heyəti də sevindirməyə başlayıb. UEFA Çempionlar Liqası çərçivəsində baş tutan “Bayern”lə səfər matçında meydana çıxan və bu şansdan yaxşı istifadə edən Bakambu “sarı-qırmızı”lı formada ilk qolunu vurub. 32 yaşlı hücumçu Super Liqanın 14-cü turunda baş tutan “Pendikspor”la səfər matçındakı 2:0 hesablı qələbədə də əsas pay sahiblərindən biri olub. Belə ki, o, bu qələbəyə 1 qol və 1 məhsuldar ötürmə ilə töhfə verib. Nəticədə Bakambunu komandanın baş məşqçisi Okan Buruk xüsusi olaraq təbrik edib.

Son oyunlardakı performansından sonra Sedrik Bakambunun qış transfer pəncərəsində komandadan ayrılması və ya qovulması düşünülmür. Gərgin mübarizəyə Türkiyə Kubokunun da əlavə olunması ilə digər futbolçular kimi, Sedirik də oyun müddətinin artması gözlənilir. Bu üzdən də Bakambu mövsümü “Qalatasaray”da başa vuracaq.

Xatırladaq ki, Sedrik Bakambu “Qalatasaray”da bütövlükdə 12 oyuna çıxıb. O, bu oyunlarda cəmi 2 qolla yadda qalıb.

Nihad Əsədov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
arena.az

1Mənbələr