AZ

“Trabzonspor”da Nikolas Pepe şoku

Türkiyənin “Trabzonspor” klubunun sağ cinah vingeri, Kot-d’İvuar yığmasının da üzvü olan Nikolas Pepe zədələnib.

Arena.az xəbər verir ki, Türkiyə Super Liqasının 14-cü turunda öz meydanında “Kayserispor”a 0:1 hesabıyla məğlub olan “Trabzonspor” dünənki oyunda Pepenin zədələnməsi ilə daha bir şok yaşayıb.

Matça əsas heyətdə başlayan futbolçu oyunun 38-ci dəqiqəsində zədələnərək yerini Bakasetasa verib. Pepenin vəziyyətinə bu gün ətraflı müayinələrdən sonra aydınlıq gələcək. Matçdan sonra komandanın baş məşqçisi Abdullah Avcı futbolçunun sağ arxa əzələsində problem yarandığını bildirib. Lakin o da zədənin nə dərəcədə ciddi olduğuna müayinələrdən sonra aydınlıq gələcəyini söyləyib.

Xatırladaq ki, bu mövsümün əvvəlində İngiltərənin “Arsenal” klubundan “Trabzonspor”a keçən Nikolas Pepe, Türkiyə klubunun heyətində meydana çıxdığı 6 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Nihad Əsədov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
arena.az

1Mənbələr