AZ

Əvəzedicilər: “Neftçi”, “Sabah” və “Sumqayıt”dan səfər qələbəsi

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 15-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Turan Tovuz”un əvəzediciləri “Sumqayıt”la, “Kəpəz” ikinci komandası da “Sabah”la ev oyunundan məğlubiyyətlə ayrılıblar. Dörd qolun qeydə alındığı “Zirə” – “Neftçi” matçında isə “ağ-qaralar”ın əvəzediciləri inamlı qələbəyə seviniblər.

15-ci tura sabah “Qarabağ”la “Qəbələ”nin əvəzediciləri arasında keçiriləcək oyunla yekun vurulacaq.

Əvəzedicilər Liqası
15-ci tur
3 dekabr

“Araz-Naxçıvan-2” – “Səbail-2” 0:3
Qollar: Emin Rüstəmov, 23-pen; 70. İftixar İbrahimov, 78.
Hakimlər: Mahmud Bağırzadə, Asif Abdullayev, Rasim Axundov, Elvin Bayramov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Binə qəsəbə stadionu, 14:00.

4 dekabr

“Turan Tovuz-2” – “Sumqayıt-2” 0:2
Qollar: Uğur Cahangirov, 31; 89.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

“Kəpəz-2” – “Sabah-2” 0:1
Qol: Nicat Quliyev, 39-pen.
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Oruc Həsənov, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Zirə-2” – “Neftçi-2” 1:3
Qollar: Elmar Rəhimov, 24-pen – Bahadur Quliyev, 34. İsmayıl Zülfüqarlı, 57. Ağadadaş Salyanskiy, 72.
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Sənan Atayev, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00.

5 dekabr

“Qarabağ-2” – “Qəbələ-2”
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Kərim Zeynalov, İrşad Aydınov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 14:00.

Seçilən
104
3
Mənbələr
Şərh ()
Bağla