AZ

Cud Bellingem Arda Güləri fenomen adlandırdı

Madrid “Real”ın ingilis futbolçusu Cud Bellingem komanda yoldaşı, türkiyəli yarımmüdafiəçi Arda Gülər haqqında xoş sözlər deyib.

Arena.az xəbər verir ki, Avropada ilin ən yaxşı gənc futbolçusuna verilən “Golden Boy” mükafatının builki sahibi olan Bellingem “Tuttosport”a açıqlama verib.

İngiltərə millisinin üzvü özü kimi bu yay “Real”a keçən komanda yoldaşı Arda Güləri tərifləyib. O, gənc futbolçunun növbəti “Golden Boy” mükafatının favoritlərindən biri olduğunu bildirib. Bellingem “Növbəti “Golden Boy” mükafatının favoriti kimi kimi görürsünüz?” sualını belə cavablandırıb:

“Üç ad çəkəcəyəm. İlk olaraq “Real”dakı komanda yoldaşım Arda Güləri qeyd edərdim. O, fenomendir. Biz onu məşqdə görürük və ona valeh oluruq. Daha sonra “Borussiya”dan keçmiş komanda yoldaşım Ceymi Bayno-Gittens və nəhayət, qardaşım Cob Bellingem”.

Xatırladaq ki, bu yay Dortmund “Borussiya”sından “Real”a transfer olunan Cud Bellingem 17 oyunda 15 qol vurub, 4 məhsuldar ötürmə edib. Ondan fərqli olaraq, “Fənərbaxça”dan “Real”a keçən Arda Gülər həmin dövrdən zədələrlə mübarizə aparır və hələ bu üzdən İspaniya nəhəngində debüt edə bilməyib.

Fatimə Abdulrəhimli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
19
arena.az

10Mənbələr