AZ

“Mançester Yunayted” yeni sahiblərindən birini elan edəcək

Gələn həftənin əvvəlində İngiltərə nəhəngi “Mançester Yunayted”in yeni sahiblərindən biri rəsmən elan ediləcək.

Arena.az bu barədə jurmalist Mark Klyaynmanın əldə edərək ictimailəşdirdiyi məlumata əsasən xəbər verir.

Mənbənin məlumatına görə, milyarder və İngiltərənin ən varlı adamlarından biri Cim Retkliff tərəfindən Qleyzer ailəsindən “Mançester Yunayted” Futbol Klubunun səhmlərinin 25%-nin əldə edilması sövdəsi haqda müqavilə rəsmən bəyan ediləcək.

Bundan əvvəl mətbuat Cim Retklifin Mançester klubunda 25% səhm payı əldə edəcəyinin milyarderə 1,3 milyard funt-sterlinqə (1,4 milyard avro) başa gələcəyi barədə məlumat yaymışdı. Həmçinin bildirildi ki, INEOS-un sahibi Cim Retkliff bir çox məsələlərdə kömək üçün keçmiş klub meneceri Ser Aleks Ferqyusona müraciət etməyi planlaşdırır. İdman direktoru vəzifəsinə namizədlər arasında “Atalanta”dan Li Kongerton, “Atletiko”dan (Madrid) Andrea Berta, həmçinin Paolo Maldini və Riki Massara da var.

Xatırladaq ki, “Mançester Yunayted” bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkir. Bu komanda Premyer Liqada 14 oyuna cəmi 24 xal toplayıb. “Qırmızı şeytanlar” 8 qələbə qazanıb, 6 görüşdə uduzublar. Komandanın heç-heçəsi yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
3
arena.az

10Mənbələr