AZ

Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni darmadağınla yola saldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun son oyununda cari çempion “Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlib. Ağdam təmsilçisi bu oyunda qalib gəlməklə əsas izləyicilərindən daha da uzaqlaşıb. Hazırda liderin 32, əsas izləyicisi “Zirə”nin 28 xalı var.

Bu turun “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) oyunlarında qalib müəyyənləşməyib. “Kəpəz” “Sabah”a 0:2 hesabıyla uduzubsa, “Neftçi” “Zirə”ni 1:0 məğlub edib.

Premyer Liqa
15-ci tur
4 dekabr

“Qarabağ” – “Qəbələ” 3:0
Qollar: Hamidu Keyta, 7. Nəriman Axundzadə, 64. Olavio Juninyo, 90+2.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

Qarabağ: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.

Seçilən
116
39
arena.az

10Mənbələr