AZ

“Vulverhempton” Xonatan Ottonu məşqlərdən uzaqlaşdırdı

“Vulverhempton”un baş məşqçisi Qari O’Nil bildirib ki, klub komandanın ispan müdafiəçisi Xonatan Ottonu məşqlərdən kənarlaşdırıb.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

“Xonni” komandada olmayacaq. Ötən həftə klubun məşq meydançasında hadisə yaşanıb. Mən açıq şəkildə təfərrüata varmamağa üstünlük verirəm. Məşq meydançalarında və futbol klublarında tez-tez hadisələr baş verir.

Hazırda o, bizimlə deyil, məşq etmir. Baş verən hər şeydə iştirak edirəm, amma məndən yuxarı insanlar da vəziyyətlə məşğul olurlar. O qayıdanda sizə xəbər verəcəyik. Hazırda daha heç nə deyə bilmərəm”, deyə ingilis mütəxəssis bildirib.

Xonatan Otto “Vulverhempton”a 2019-cu ilin yanvarında 21 milyon avro müqabilində “Atletiko Madrid”dən keçib. İspan sol cinah müdafiəçisinin “canavarlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Otto “Vulverhempton”un heyətində 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xonatan Otto 2018-ci ilin oktyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti olmayıb. Otto İspaniyanın U-19 yığması ilə 2013-cü il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı Xonatan Ottonu 13 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
arena.az

1Mənbələr