Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaqreabilitasiya mərkəzləri tərəfindən yanvar-fevral aylarındaəlilliyi olan 6,6 min uşağa reabilitasiya xidmətlərigöstərilib.
Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.
Bildirilib ki, onlardan 4,5 min nəfəri ambulator, 343 nəfəristasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiyaxidmətlərinə cəlb olunub.
"Bu kateqoriyadan olan uşaqlar Agentliyin Bakı şəhərində 1 və 2saylı, habelə Qəbələ və Şəmkir rayonlarındakı Uşaq ReabilitasiyaMərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər", - deyəməlumatda qeyd edilib.